...

Ukrayna hökuməti təbii qazın tədarükü ilə bağlı Rusiya ilə uzunmüddətli razılaşmanı oktyabrın sonunadək imzalamağı planlaşdırıb - Baş nazir Timoşenko

Energetika Materials 26 Sentyabr 2008 18:36 (UTC +04:00)
Ukrayna hökuməti təbii qazın tədarükü ilə bağlı Rusiya ilə uzunmüddətli razılaşmanı oktyabrın sonunadək imzalamağı planlaşdırıb - Baş nazir Timoşenko

Ukrayna, Kiyev, 26 sentyabr/ Trend , müxbir Z.Novosvitski/ Ukrayna hökuməti təbii qazın tədarük edilməsi ilə bağlı Rusiya ilə  uzunmüddətli razılaşmanı oktyabrın sonunadək imzalamağı planlaşdırıb.

Nazirlər Kabinetinin kütləvi informasiya vasitələri ilə əlaqələr katibliyinin verdiyi məlumata görə, bu barədə Ukraynanın Baş naziri Yuliya Timoşenko cümə günü Kiyevdə xarici ölkələrin aparıcı agentliklərinin nümayəndələri ilə görüşdə deyib. O qeyd edib ki, Ukrayna razılaşmanın uzunmüddətli və strateji xarakterli olmasında maraqlıdır. "2008 - ci ildə, yaxşı olardı ki, bir illik stress razılaşma yox, uzunmüddətli strateji razıalşma imzalansın", - o deyib.

Baş nazir ümid etdiyini bildirib ki, Rusiya tərəfi razılaşmaya əməl edəcək və Ukrayna üçün qazın dünya qiymətlərinə tədricən, üç-dörd il ərzində keçəcək.

Timoşenko bildirib ki, Ukraynaya tədarük ediləcək Rusiya qazının qiyməti danışıqlar baş çatdıqdan sonra açıqlanacaq.

"Təəssüf  ki, Ukrayna prezidentinin Rusiya Federasiyasına son səfərindən sonra 400 dollar qiyməti (min kubmetr üçün) səslənib", - deyən Timoşenko qeyd edib ki, bu qiymətin azalması üçün bütün səylərini göstərəcək.

2008 - ci ildə Rusiya Ukraynaya Mərkəzi və Orta Asiya mənşəli qazı min kubmetri $179,5 -a tədarük edir.

2007-ci ildə qazın qiyməti min kubmetr üçün $130, 2006-cı ildə isə $95 olub.

Xəbər lenti

Xəbər lenti