Qazaxıstan, Astana, 03 oktyabr/ Trend , müxbir K.Konırova/ "Samruk" SC İdarə Heyətinin sədri Kanat Bozumbayev cümə günü Holdinqin yeni idarəçi direktoru Gülmirə Mahmutovanı kollektivə təqdim edib, - dövlət holdinqinin mətbuat xidməti xəbər verir.
ї Mahmutova öz yeni vəzifəsində sərmayə məsələlərinə nəzarət edəcək. SC-nin yeni idarəçi direktoru Almatı Xalq Təsərrüfatı İnstitutu və Maastrix menecment məktəbinin məzunudur. İqtisad elmlər namizədi və MBA dərəcəsi var. Əmək fəaliyyətinin ümumi stajı 25 ildirї, - mətbuat xidmətinin məlumatında bildirilir.
1985-1989-cu illərdə Almatı Xalq Təsərrüfatı İnstitutunda elmi əməkdaş kimi çalışıb. 1989-1994 -cü illərdə Qazaxıstan Tədqiqat Planlaşdırma İnstitutunda baş elmi əməkdaş olub. 1994 -2000 - ci illərdə Qazaxıstan Dövlət İdarəçilik Akademiyasında baş müəllim, beynəlxalq iqtisadi münasibətlər fakültəsində dekan müavini, korporativ maliyyələr departamentinin analitik şöbəsinin rəhbəri olub.
1998 ї 200 - ci illərdə Mərkəzi Asiya Sərmayə - Maliyyə Şirkətində işləyib. 2000 - ci ildən 2007 - ci ilin noyabrınadək "KEGOC" SC-nin layihələrin idarə edilməsi departamentinə rəhbərlik edib və sərmayə fəaliyyətinin bütün məsələlərinə nəzarət edib.
2007 - ci ilin noyabrından indiyədək "Samruk İnvest"in Baş direktoru işləyib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]