Gürcüstan, Tbilisi, 13 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/ Cari ilin üç rübü ərzində Cənubi Qafqaz boru kəməri vasitəsilə (Bakı - Tbilisi - Ərzurum) Türkiyəyə 3 milyard 270 mln.kubmetr təbii qaz nəql edilib, - Gürcüstanın Neft - Qaz Korporasiyasından bildiriblər.
Hazırda їŞahdənizїyatağından Türkiyəyə sutkada 13-14 mln.kubmetr qaz tədarük edilir.
Birinci mərhələdə їŞahdənizї yatağından ildə 180 mlrd. kubmetr qaz və sutkada 45 min barel kondensat hasil etmək planlaşdırılır. BP-nin gözləmələrinə əsasən, 2008 - ci ildə yataqdan 7,7 mlrd. kubmetr qaz və 16,3 mln. barel kondensat hasil etmək planlaşdırılır.
їŞahdənizїyatağının işlənməsinə dair müqavilə 1996 - cı il iyunun 4 - də imzalanıb. Müqavilə iştirakçıları: BP (operator), - 25,5 faiz, Statoil ї 25,5 faiz, NICO ї 10 faiz, Total ї 10 faiz, LukAgip ї 10 faiz, TPAO - 9 faiz, ARDNŞ ї 10 faiz.
Yataqda qaz hasilatı 2006 - cı ilin dekabrında başlanıb. Hazırda qaz Cənub Qafqaz qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə nəql olunur. Azərbaycan da bu qazın alıcısı qismində çıxış edir.
Yatağın işlənilməsinin ilkin mərhələsində ildə 8,6 mlr. kubmetr qazən hasil edilməsi planlaşdırılıb. Bu həcm Azərbaycan, Gürcüstan və Türkiyəyə satılacaq. 2012 - ci ildən sonra həyata keçiriləcək ikinci mərhələ çərçivəsində hasilat 20 milyard kubmetrə çatdırılacaq.