...

SOCAR və xarici şirkət PSA tipli yeni müqavilənin imzalanmasına dair danışıqlar aparır

Energetika Materials 22 Oktyabr 2008 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr/ Trend , müxbir V.Şərifov/ SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) "Bahar" dəniz qaz - kondensat yatağının işlənməsi üzrə PSA tipli müqavilənin imzalanmasına dir xarici şirkət ilə danışıqlar apırır. Bu barədə çərşənbə günü SOCAR-dan məlumat verilib. Xarici şirkətin adı açıqlanmır.

SOCAR nümayəndəsinin sözlərinə görə, hazırda gələcək PSA tipli müqavilənin əsas kommersiya prinsipləri üzrə razılaşma aparılır. Yatağın işlənməsi üçün Səhmdar Cəmiyyət yaradılıb. Bura SOCAR və xarici tərəfdaş daxil olacaq. Bu SC bilavəsitə layihə üzərində iş ilə məşğul olacaq.

"Bahar" yatağında qaz və kondensat ehtiyatları və kəşfiyyat işlərinin aparalıması nəzərdə tutulan sahə (Təqribən neftvermə qabiliyyətli) var.

"Bahar" yatağı Bakının 30 km -də yerləşir. Hazırda onun istismarı ilə SOCAR-ın neft-qaz çıxarma idarələrindən biri məşğul olur. Burada sutkada 680 min kubmetrdən çox təbii qaz hasil edilir.

Yataq 1968 -ci ildə kəşf edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti