...

Azərbaycanın enerji siyasəti iqtisadi müstəqillik verib – prezident İlham Əliyev

Energetika Materials 24 Oktyabr 2008 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı. 24 oktyabr/ Trend , müxbir E.İsmayılov/ "Azərbaycan enerji təhlükəsizliyi məsələlərini 100 faiz həll edib", - Azərbaycan prezidenti İlham Əliyev cümə günü andiçmə mərasimində bildirib.

"Bizim daxili və xarici siyasətimizin uğurlu realizəsi üçün enerji təhlükəsizliyi məsələləri öz həllini tapıb", - İlham Əliyev bildirib.

Onun sözlərinə görə, son beş ildə Azərbaycan qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. 2008 - ci ildə qaz hasilatı 20 mlrd. kubmetrdən çox olacaq.

"Bu gün biz özümüzü qazla təmin edir və onu digər ölkələrə ixrac edirik", - prezident bildirib.

İlham Əliyevin sözlərinə görə, 2008 - ci ildə Azərbaycanda neftin hasilatı 50 mln. tonu ötəcək. Azərbaycanın yeddi işlək neft - qaz boru kəməri var, - dövlət başçısı əlavə edib.

"Azərbaycanın enerji siyasəti ölkəyə iqtisadi müstəqillik qazandırıb", - prezident bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti