...

Gürcüstan hidroenergetikanın inkişafına xarici sərmayələr cəlb etmək istəyir

Energetika Materials 30 Oktyabr 2008 19:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti Mixail Saakaşvilinin Norveçə səfəri çərçivəsində, energetika naziri Aleksandr Xetaquri skandinaviyalı səhmdarlarla görüşüb və onları Gürcüstanın hidroenergetika potensialı ilə tanış edib.

Norveç şirkətlərinin menecerləri ilə görüşdə nazir Gürcüstanın hidroenergetika potensialını təqdim edib, onları potensial alternativ mənbələri siyahısına daxil olan iri və kiçik SES tikintisi üzrə planlarla tanış edib.

Xetaquri Gürcüstanda hidroenergetika potensialının inkişafı üçün hər cür şəraitin olduğunu və hakimiyyətin bütün səhmdarlarla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti