...

Azərbaycan "Şahdəniz" yatağından illik qaz hasilatının xeyli artacağını proqnozlaşdırır

Energetika Materials 1 Noyabr 2008 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 noyabr/ Trend / Azərbaycan "Şahdəniz" yatağından illik qaz hasilatının pik səviyyəsinin əvvəllər proqnozlaşdırılan 8,6 mlrd. kubmetrə qarşı 9,6 mlrd. kubmetrədək artacağını proqnozlaşdırır. Bu məlumatlar ölkənin 2009-2012-ci illər üzrə büdcə layihəsində göstərilib.

2012-ci ildən illik qaz hasilatının pik həcmi 12,5 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır.

2009-2012-ci illər üzrə büdcə proqnozlarına əsasən, 2009-cu ildə Azərbaycanda 31,5 mlrd. kubmetr qaz və 61,8 mln. ton neft hasil etmək planlaşdırılır.

2009-cu ildə hasil edəcək qazın ümumi həcmindən 13,9 mlrd. kubmetr "Azəri-Çıraq-Günəşli" yatağlarından hasil edilən səmt qazının, 9,6 mlrd. kubmetr "Şahdəniz" qazının, 8 mlrd. kubmetri isə SOCAR şirkətinin (Azərbaycanın Dövlət Neft Şirkəti) müstəqil işlədiyi yataqlardan hasil etdiyi qazın payına düşəcək.

2009-cu ildə ümumi neft hasilatının 53,1 mln. tonu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, 8,65 mln. tonu isə SOCAR şirkətinin payına düşəcək.

2009-2012-ci illərdə Azərbaycanda neft və qaz hasilatı üzrə büdcə proqnozu:

Hasilat mənbələri

2009-cu il

2010-cu il

2011-ci il

2012-ci il

Qaz, mlrd. kubmetrlə

Azəri-Çıraq-Günəşli

13,9

15

15,7

16

Şahdəniz

9,6

9,6

9,6

12,5

SOCAR

8

8

8,5

9,25

Neft, mln. tonla

ABƏŞ

53,1

55,5

54,9

50,6

SOCAR

8,65

8,6

8,58

8,56

Xəbər lenti

Xəbər lenti