...

Estoniyanın Baş naziri Bakıda keçiriləcək Enerji Sammitində iştirak edəcək

Energetika Materials 13 Noyabr 2008 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr/ Trend / Estoniyanın Baş naziri Andrus Ansip noyabrın 13-14-də Bakıda keçiriləcək enerji təhlükəsizliyi məsələləri üzrə IV sammitin işində iştirak edəcək. RİA Novosti -nin verdiyi xəbərə görə, bu barədə Estoniya hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Bakı sammitində müzakirə olunacaq əsas məsələlərdən biri Xəzər neftinin Mərkəzi Avropa ölkələrinə nəqlini nəzərdə tutan "Odessa-Brodı" neft kəmərinə dair məsələ olacaq.

Bu marşrut ilə Xəzər neftinin Avropaya nəql marşrutu belədir: Azərbaycan nefti mövcud neft kəmərləri sistemi ilə Gürcüstanın Supsa limanına daxil olur, sonra tankerlər ilə Odessanın "Cənub" limanına nəql olunur, oradan isə Ukraynanın Odessa-Brodı neft kəməri ilə tdarük olunur. Bu neftin Avropaya getməsi üçün həm Ukrayna, həm də Polşa ərazisində təqribən 500 kilometr uzunluğunda əlavə qollar tikmək lazımdır. Bu məqsədlə, Vilnüsdə keçirilən Enerji Sammiti zamanı "Yeni Sarmatiya" şirkəti yaradılıb. 2010-cu ilin sonu və ya 2011-ci ilin əvvəlində "Odessa-Brodı-Plotsk" boru kəməri ilə Xəzər neftinin ilk partiyasının nəqli gözlənilir.

İlk enerji sammiti 2006-cı ilin mayında Krakovda, ikinci ötən ilin noyabrında Litva paytaxtında, üçüncü sammit isə cari ilin mayında Kiyevdə keçirilib.

Xəbər lenti

Xəbər lenti