...

SOCAR Ceyhandan neftin göndərilməsinə dair tender elan edib

Energetika Materials 13 Noyabr 2008 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr/ Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Türkiyənin Ceyhan limanından Azeri Light markalı şəxsi neft partiyasının satışına dair tender elan edib.

SOCAR -ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir ki, bir mln. barel həcmində neft partiyası dekabrın 7-9-da göndəriləcək.

Tenderə noyabrın 14-də yekun vurulacaq, nəticələr isə noyabrın 15-də açıqlanacaq.

Azeri Light nefti "Azəri-Çıraq-Günəşli" yataqları blokundan hasil edilir və Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına ixrac edilir.

Xəbər lenti

Xəbər lenti