...

Türkiyə prezidenti: Bakı sammiti Ankaranın enerji siyasətinin ifadəsi üçün yaxşı imkandır

Energetika Materials 13 Noyabr 2008 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr / Trend / Bakı sammiti rəsmi Ankaranın enerjisiyasətinin ətraflı ifadəsi üçünyaxşı imkandır, - Türkiyə prezidenti Abdullah Gül deyib. Məlumatı Dunyabulteni türk informasiya agentliyi yayıb.

Gülün sözlərinə görə, region üçün ən vacibi enerji təhlükəsizliyi məsələsidir.

"Türkiyə - "Şərq - Qərb" enerji dəhlizində mühüm rol oynayan ölkədir. Sammit bizim region dövlətlərilə əməkdaşlığımızın inkişafı üçün yaxşı imkandır", - Gül deyib.

Bakı sammiti noyabrın 14 - də işə başlayacaq.

Xəbər lenti

Xəbər lenti