...

SOCAR dəniz yatağına yeni çən parkının  istismara verilməsinə hazırlaşır

Energetika Materials 20 Noyabr 2008 21:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr/ Trend , müxbir E.İsmayılov/ SOCAR şirkəti ilin sonuna "Neft Daşları" Neft -  Qaz Çıxarma Idarəsində (NQÇİ) yeni çən parkını istismara verməyi planlaşdırır, - SOCAR- dakı mənbə cümə axşamı bildirib.

"Əlverişli hava şəraiti olarsa, çən parkı vaxtında istismara veriləcək", - mənbə bildirib.

Yeni çən parkının tikintisi üzrə bütün işlər dənizdə aparıldığı üçün, onların gedişi havadan asılıdır. Hazırda dörd çənin quraşdırılması üzrə işlər həyata keçirilir. Qalan iki çənin quraşdırılması üçün də meydançalar hazırlanır.

Ümumilikdə NQÇİ -də altı yeni çən quraşdırmaq planlaşdırılır. Onlardan biri xammalın ayrılması üçün istifadə ediləcək. Hər çənin həcmi 2 min ton, diametri 15 metr, hündürlüyü 12 metrdir.

SOCAR-ın geoloqlarının hesablamalarına görə, Neft Daşları" yatağında neft ehtiyatlarının qalıq həcmi 30 milyon ton təşkil edir. ARDNŞ yataqda neft hasilatının artırılması üçün 2010-cu ilədək daha 78 yeni quyu qazacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti