Azərbaycan, Bakı, 24 noyabr/ Trend / Yanvar - oktyabrda "Şimal" elektrik stansiyasında 2,1 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib. Bu göstərici ötən ilin analoji dövründə 1,7 mlrd. kVt/saatdan çox olub. Bu barədə "Azərenerji" SC -nin bazar ertəsi yayılan məlumatında bildirilir.
Oktyabrda elektrik stansiyasında 217 mln. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 61,1 mln. kVt/saat çoxdur.