Azərbaycan, Bakı, 26 noyabr/ Trend / SOCAR şirkəti (Azərbaycanın Dövlət Neft Şirkəti) Türkiyənin Ceyhan limanından Azeri Light növlü şəxsi neft partiyasının satışına tender elan edib.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir ki, 1 mln. barel həcmində neft partiyası yanvarın 1-5- də yüklənəcək. Tenderin yekunları noyabrın 28-də açıqlanacaq.