Azərbaycan, Bakı, 29 noyabr / Trend S.Əliyev/ Azərbaycanın Səlyan rayonunda qaz buruğunda şəmbə günü axşam başlamış yanğın zamanı xəsarət alan olmayıb. Bunu yerli neft sənayesində çalışan mənbə bildirib.
Mənbə qeyd edib ki, yanğın zamanı yalnız buruğun məhv edilməsi üçün nəzərdə tutulan avadanlığa ziyan dəyib.
Buruq, "Kürsəngi-Qarabağlı" yatağından hasilatla məşqul olan Səlyan Oil şirkəti tərəfindən SOCAR-ın (Azərbaycanın Dövlət Neft Şirkəti) balansına verilib ki, məhv edilsin.
Mənbənin sözlərinə əsasən, "SOCAR yatağın məhvini həyata keçirirdiyi zaman qazın təzyiqi artıb və yanğın baş verib. Xəsarət alan, ölən yoxdur".
Onun sözlərinə görə, buruqda yanğın davam edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]