...

SOCAR şirkəti yanvar - noyabrda netf məhsulları ixracını azaldıb

Energetika Materials 2 Dekabr 2008 20:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr / Trend / Yanvar - noyabrda SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi neft emalı zavodlarından 2,3 mln. tondan artıq neft ixrac edib. Ötən ilin analoji dövründə bu göstərici 2,7 mln. ton olub.

Bu ilin yanvar - noyabrında bitum və sürtkü yağları ixrac olunmayıb.

Azərbaycanda neft məhsulları Bakının iki neft emalı zavodunun bazasında, ildə 20 mln. ton neft olmaqla, istehsal edilir. Hər iki NEZ quruda və suda öz vəsaitləri hesabına ildə altı mln. tondan artıq neft emal edən Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxildir.

Azərbaycan Dövlət Neft Şirkətinin ixrac etdiyi neft məhsullarının ümumi cədvəli :

Neft məhsulları Yanvar- noyabr 2007-ci il, min. t Yanvar- noyabr 2008- ci il, min. t
Dizel yanacağı 1025 1261
Mazut 783,3 526,7
Avtomobil benzini 323 343,7
Aviasiya kerosini 298 204,4
Sütrkü yağları 26,232 0
Bitum 21,667 0
Xəbər lenti

Xəbər lenti