...

SOCAR  şirkəti 2008 - ci ilin yanvar -noyabrında emala göndərilmiş neftin həcmini  elan edib

Energetika Materials 5 Yanvar 2009 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 yanvar/ Trend / SOCAR şirkəti ötən ilin yanvar - noyabrında emal edilmək üçün 6,7 mln. tondan çox neft göndərib, - şirkətin məlumatında deyilir.

Oktyabrda emala 627,06 min ton neft göndərilib.

Azərbaycanda neft məhsulları, ümumi gücü ildə 20 mln. ton olan iki Bakı NEZ - in bazasında istehsal olunur. Hər iki NEZ hər il şəxsi vəsaitləri hesabına quruda və dənizdəki yataqlardan hasil edilən altı mln. tondan çox neft emal edən Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxildir.

Azərbaycanda, 18 - i dənizdə, qalanı quruda yerləşən 57 neft - qaz yatağı var. Bu gün SOCAR - ın əməkdaşlarının sayı təxminən 63 min nəfərdir.

Ötən il Heydər Əliyev adına NEZ - də beş milyon ton neft emal etmək nəzərdə tutulub. Zavodda aylıq emal planı 410 min təşkil edib.

Xəbər lenti

Xəbər lenti