...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 26 Yanvar 2009 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir A.Bədəlova/ Yanvarın 23-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $45,51/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti) bazar ertəsi verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətən $0,32/barel artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

SOCAR-dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 23-də $44,27/barel təşkil edib  və bu, əvvəlki qiymətdən $0,41/barel çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 23-də $40,51/barel təşkil edib və bu, əvvəlki qiymətdən $0,1/barel çoxdur.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti yanvarın 23-də $43,14/barel təşkil edib. Bu, əvvəlki qiymətdən $0,44/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti