...

SOCAR şirkəti maye qaz istehsalını artırıb

Energetika Materials 10 Fevral 2009 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral / Trend / Yanvarda SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) tərkibinə daxil olan "Heydər Əliyev adına" Bakı neft emalı zavodu (Keçmiş "Azneftyanacaq") tərəfindən 2008-ci ilin yanvar ayında qeydə alınan 9,49 min tona nisbətdə 11,08 min ton maye qaz istehsal olunub.

2008-ci ildə SOCAR şirkəti təqribən 181,13 min ton maye qaz istehsal edib. 2007-ci ildə bu göstərici 145,03 min tona bərabər olub. İstehsal olunan maye qazın bütün həcmini butan-butilen fraksiyası təşkil edib.

2006-cı ildə butan-butilen fraksiyası istehsalı 148,22 min ton təşkil edib. 2005-ci ild bu göstərici 129,62 min tona bərabər olub. 

2008-ci ildə, 2007 və 2006-cı illərdə olduğu kimi, bu müəsisədə propan-propilen fraksiyası istehsal olunmayıb. 2005-ci ildə propan-propilen istehsalının həcmi 3,02 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti