...

Yunanıstan Xəzər qazı üçün tranzit mərkəzi olmağa can atır – EİA

Energetika Materials 26 Fevral 2009 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir A.Bədəlova / ABŞ Enerji İnformasiyası İdarəsinin (EİA) məruzəsində deyilir ki, Yunanıstan Xəzər qazının nəqlində tranzit ölkə olmaq cəhdləri ilə Rusiya qazına olan asılılığını azaltmaq niyyətindədir.

Rusiyadan nəql olunan təbii qaz Yunanıstanın 75 % daxili tələbatını ödəyir. Yerdə qalan hissə isə Əlcəzairdən alınan maye qaz hesabına ödənilir.

EİA-nın proqnozlarına əsasən, 2010-2030-cu illər civarında Yunanıstanın təbii qaza olan illik tələbatı orta hesabla 2,8 % təşkil edəcək.  

EİA-nın məruzəsində Yunanıstan Orta Asiya və Rusiya təbii qazını Avropaya nəql edən potensial qaz mərkəzi kimi dəyərləndirilir.  

2007-ci ildə Mərmərə dənizindən keçən və Yunanıstanla Türkiyə qaz şəbəkələri arasında əlaqə yaradan birləşdirici qaz boru kəməri fəaliyyətə başlayıb.

"Türkiyə-Yunanıstan-İtaliya interkonnektorlarının vasitəsi ilə, 2011-ci ilə kimi tikilməsi planlaşdırılan Şimal dənizi və Transadriatik boru kəmərlərinin cəlb olunması nəticəsində layihənin gələcəkdə genişlənməsi Azərbaycanın "Şah-Dəniz" yatağından əldə olunan qazın Yunanıstan vasitəsi ilə Avropaya çatdırılmasını təmin edəcək", - məruzədə deyilir.  

Türkiyə və Yunanıstan arasında əlaqələndirici boru istifadəyə verildikdən sonra Afina Azərbaycan qazı ilə təmin olunsa da, 2008-ci ildə Türkmənistanla İran arasında baş verən fikirayrılığı nəticəsində qaz təminatı dayandırılıb. Hal-hazırda Yunanıstan il ərzində 1 milyard kub metr Azərbaycan qazı almağı planlaşdırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti