...

2009-cu il ərzində "Günəşli" yatağında 10-dan çox quyu qazılacaq

Energetika Materials 4 Mart 2009 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend / SOCAR şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2009-cu il ərzində "Günəşli" yatağının dayaz hissəsində 10-12 yeni quyu qazmaq niyyətindədir, - şənbə günü Azərbaycan neft sənayesi mənbələrindən məlumat verilib. Bu quyular arasında həm neft, həm də qaz quyuları olacaq.

"Günəşli" SOCAR tərəfindən müstəqil şəkildə işlədilən ən iri neft-qaz yatağıdır. SOCAR tərəfindən hasil edilən ümumi neftin 60 faizi və qaz həcminin 70 faizi bu yatağın payına düşür. 

Yeni quyuların qazılması "Günəşli" neft-qaz yatağının dayaz hissəsində işləyən NQHİ-nin "28 may" yeni inkişaf proqramı çərçivəsində həyata keçirilir. 2008-2020-cu illər üçün nəzərdə tutulan proqram çərçivəsində neft hasilatının stabilləşdirilməsi və təbii qaz hasilatının artırılması nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti