...

Azərbaycan Prezidenti Almaniyanın "RWI" energetika şirkətinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Energetika Materials 9 Mart 2009 17:42 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Almaniyanın "RWI" energetika şirkətinin prezidenti, İdarə Heyətinin sədri Yurgen Qrossmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Məlumata görə, prezident İlham Əliyev ilə görüşdə nümayəndə heyətinin rəhbəri Yurgen Qrossman Azərbaycanda nümayəndəliyini yaradan "RWI" energetika şirkətinin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verib və ölkəmizdə xarici şirkətlərin sərbəst və azad fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirib.

Neft-qaz sektorunda Azərbaycanla gələcəkdə əməkdaşlıq etmək marağında olduqlarını deyən qonaq, ölkəmizlə etibarlı tərəfdaş kimi fəaliyyət göstərmək əzmində olduqlarını vurğulayıb.

Dövlətimizin başçısı "RWI" energetika şirkətinin nümayəndə heyətinin Azərbaycanda görüşlərinin və apardığı danışıqların səmərəli keçəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə "RWI" energetika şirkəti ilə Azərbaycanın aidiyyatı qurumları arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti