...

Bakı abunəçilərinin "Bakqaz" İB-yə 37 milyon manat borcu var

Energetika Materials 27 Aprel 2009 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir Ü.İsmayılova /

"Bakıda aprelin 1-dək istifadə etdiyi qaza görə 200 manatdan çox borcu olan 63 131 abunəçi qeydə alınıb", - bazar ertəsi mətbuat konfransında "Bakqaz" İB-nin rəhbəri Tahir Əliyev deyib. Bu abunəçilərin ümumi borcunun həcmi 37,6 milyon manatdır.

Onun sözlərinə əsasən, qaza görə yığımın artırılması məqsədi ilə birsıra tədbirlər həyata keçirilir və bu ildən etibarən tədbirlər gücləndirilir.

"Borclu abunəçilərin diqqətinə çatdırırıq ki, onların verilə qaz xəbərdarlıq edilmədən kəsiləcək", - Əliyev bildirib.

Bu ilin birinci rübündə Bakıda 2008-ci ilin analoji dövrü ilə müqayisədə 3 milyon kubmetr çox qaz satılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti