...

İstanbulda 67 nəfər İŞİD üzvlüyü ittihamı ilə həbs edilib

Dünya xəbərləri Materials 3 Yanvar 2026 00:52 (UTC +04:00)
İstanbulda 67 nəfər İŞİD üzvlüyü ittihamı ilə həbs edilib

Bakı. Trend:

İstanbul məhkəməsi yanvarın 2-si axşamı 67 nəfəri İŞİD terror qruplaşmasına üzvlük ittihamı ilə həbs edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri xəbər verib.

Məlumata əsasən, təhlükəsizlik qüvvələri Yeni il gecəsi İstanbulun üç bələdiyyəsində İŞİD-ə qarşı əməliyyat keçirib, 147 nəfər saxlanılıb, onlardan 32-si sonradan Türkiyədən deportasiya edilmək üçün miqrasiya mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, Türkiyə təhlükəsizlik qüvvələri bu həftə ölkə daxilində İŞİD-ə qarşı üç reyd keçirib və təxminən 500 nəfəri saxlayıb.

İstanbul prokurorluğu bildirib ki, onlardan bəziləri Yeni il bayramı zamanı Türkiyədə zorakılıq planlarında iştirak edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti