...

Ukrayna Prezidenti cümə axşamı "Odessa-Brodı" kəmərinin avers rejiminə keçirilməsi barədə sərəncam imzalayacaq

Energetika Materials 13 May 2009 16:20 (UTC +04:00)

Ukrayna Prezidenti Viktor Yuşşenko sabah "Odessa-Brodı" neft kəmərinin avers iş rejiminə keçirilməsi barədə sərəncam imzalamağı planlaşdırır.

UNİAN müxbirinin verdiyi məlumata görə, bu barədə Yuşşenko jurnalistlərə Finlandiya Prezidenti Tarya Halonenlə birgə mətbuat konfransında məlumat verib.

"Bu gün səhər layihə ilə tanış oldum, onu tamamlamaq üçün tapşırıq verdim. Sabah bu sərəncamı imzalayacağam", - Ukrayna Prezidenti bildirib.

O qeyd edib ki, bu sənəd müvafiq qurum və nazirliklərin nümayəndələrindən ibarət işçi qrupunun yaradılmasını nəzərdə tutur.

Yuşşenko xatırladıb ki, aprelin sonunda Avro-Asiya Neft Nəqliyyatı Dəhlizi (AANND) layihəsinin texniki-iqtisadi əsaslılığı təsdiq olunub, buna qədər isə Ukrayna-Polşa hökumətlərarası müqavilə imzalanıb. Beləliklə, Ukrayna Prezidentinin sözlərinə görə, bu məsələ üçün bütün formal qərarlar qəbul edilib və irəliyə doğru hərəkət etmək lazımdır. Prezident bu prosesləri siyasiləşdirməməyə, daha çox Ukraynanın enerji sahəsindəki təhlükəsizliyi barədə düşünməyə çağırıb. O qeyd edib ki, "Odessa-Brodı" neft kəmərinin bazasında AANND layihəsinin realizəsinin məqsədi Ukraynanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsidir.

"Mən bu məsələdə məsuliyyətli olmağa çağırıram. Xüsusilə də bu, Ukrayna hökumətinə aiddir. Məsuliyyətli olmaq və hökumət səviyyəsində öhdəlikləri yerinə yetirmək lazımdır", - Yuşşenko bildirib. Ukrayna Prezidenti bütün maneələrə rəğmən layihənin uğuruna inanır.

"Odessa-Brodı" neft nəqli layihəsi Ukrayna NEZ-inə neft tədarükünün diversifikasiyası və ölkənin tranzit imkanlarının inkişafı məqsədilə planlaşdırılıb. "Odessa-Brodı" neft kəmərinin tikintisi 2002-ci ilin mayında başa çatdırılıb. Magistralın uzunluğu 674 km, boruların diametri 1020 mm-dir. Neft kəməri və terminalın birinci növbədə gücü ildə 9-14 mln. ton təşkil edir. "Odessa-Brodı" neft kəmərindən Xəzər neftinin Avropaya nəqli üçün istifadə olunması planlaşdırılıb. Ukrayna, boru kəmərinin tikildiyi vaxtdan iki il ərzində Xəzər neftinin onunla birbaşa istiqamətdə nəqlinə dair razılaşmaya uğursuz səy göstərib. Şirkətlər tərəfindən konkret təkliflər almayan Ukrayna hökuməti 2004-cü ilin iyununda boru kəmərinin Rusiya neftinin revers istiqamətində nəqli üçün istifadə olunmasına razılıq verib.

Bu halda, neft kəməri tikildiyi vaxtdan revers istiqamətində istifadə olunur ki, bu da Rusiya neftinin Brodıdan Odessaya, daha sonra isə tankerlərlə Qara dəniz istiqamətində nəqlini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti