...

Gürcüstanın Baş naziri Bakıda energetika konfransında iştirak edəcək

Energetika Materials 1 İyun 2009 15:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 iyun / Trend , müx. N.Kirsxalia /

Gürcüstanın Baş naziri Nika Gilauri Bakıda beynəlxalq energetika sərgisi və konfransında iştirak edəcək, Gürcüstanın Neft və Qaz Şirkətindən bildiriblər.

Baş naziri energetika naziri Aleksandr Xetaquri və Neft və Qaz Şirkətinin rəhbəri Zurab Djandjqava müşayiət edəcək. Gürcüstan sərgidə öz stendini təqdim edəcək.

Xəzər regionunun neft və qaz sahəsində ən mühüm hadisəsi - "Xəzər neft, qaz, neft emalı və neft-kimya"  Caspian Oil and Gas beynəlxalq sərgi və konfransı Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında iyunun 2-5-də Bakıda keçiriləcək.

Azərbaycanın Sənaye və Energetika Nazirliyi, o cümlədən Dövlət Neft Şirkəti layihəyə rəsmi dəstək göstərirlər. Sərginin təşkilatçıları qismində İngiltərə şirkəti İTE Group, onun Qafqazda tərəfdaşı İteca Caspian şirkəti Azərbaycanın Ticarət-Sənaye Palatası ilə birgə çıxış edir.

Bu il sərgidə dünyanın 30 ölkəsindən 400 şirkətin iştirakı gözlənilir. İlk dəfə Azərbaycan bazarına daxil olan yeni şirkətlərin çoxluq təşkil etməsi diqqətəlayiq faktdır. Bu il onlar sərginin ümumi sahəsinin 20 faizini təşkil edirlər. 40 faizdən çox sahə isə sərginin daimi iştirakçıları olan dünyada tanınmış şirkətlər tərəfindən tutulub. Onlar arasında BP, İtochu, OMV Gas International GmbH, SOCAR, StatoilHydro ASA, Total, TPAO və başqaları var.

Xəbər lenti

Xəbər lenti