...

BP Qazaxıstanın təsdiqlənmiş qaz ehtiyatları proqnozunu azaldıb

Energetika Materials 11 İyun 2009 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir А.Bədəlova /

BP şirkətinin dünya enerjisi üzrə statistik icmalında deyilir ki, Qazaxıstanın 1 yanvar 2009-cu ilə təsdiqlənmiş qaz ehtiyatları 1,82 trilyon kubmetr təşkil edir ki, bu da 1 yanvar 2008-ci ildəki rəqəmdən 30 milyard kubmetr azdır.

BP-nin qiymətləndirməsinə əsasən, Qazaxıstanın 1 yanvar 2009-cu ilə təsdiqlənmiş qaz ehtiyatları ümumdünya qaz ehtiyatlarının 1 faizini təşkil edir.

2008-ci ildə Qazaxıstanda qaz hasilatı 30,2 milyard kubmetr təşkil edib ki, bu da 2007-ci ilin göstəricisindən 13,9 faiz çoxdur. BP-nin məlumatında deyilir.

BP-nin məlumatına görə, 2008-ci ildə Qazaxıstanda qaz istehlakı 5,1 faiz artaraq 20,6 milyard kubmetr təşkil edib.

BP-nin qiymətləndirməsinə əsasən, Qazaxıstanın 1 yanvar 2009-cu ilə təsdiqlənmiş neft ehtiyatları 39,8 milyard barel təşkil edir ki, bu da 2008-ci ilin əvvəlindəki rəqəmlə eynilik təşkil edir. Şirkətinin icmalında deyilir ki, Qazaxıstanın 1 yanvar 2009-cu ilə təsdiqlənmiş neft ehtiyatları ümumdünya neft ehtiyatlarının 3,2 faizini təşkil edir.

2008-ci ildə Qazaxıstanda neft hasilatı sutkada 1,554 milyon barel təşkil edib ki, bu da 2007-ci ilin göstəricisindən 5,1 faiz çoxdur. BP-nin məlumatında bildirilir.

BP-nin icmalına görə, 2008-ci ildə Qazaxıstanda neft istehlakı 6,4 faiz artaraq sutkada 229 min barel təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti