...

Azərbaycanda bitum istehsalı 25 faiz artıb

Energetika Materials 16 İyun 2009 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyun / Trend / 

ARDNŞ-ın tərkibinə daxil olan "Heydər Əliyev adına" və "Azərneftyağ" Bakı Neft Emalı Zavodlarında (NEZ) yanvar-may aylarında 2,2 milyon ton əsas neft məhsulu növü istehsal olunub. Ötən ilin analoji dövründə bu rəqəm təxminən 2,6 milton ton olub.

Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat verilib ki, yanvar-may aylarında neft bitumunun istehsal həcmi 28,4 faiz artıb. Digər məhsullarda azalma müşahidə olunub.

Azərbaycanda 2009-cu ilin yanvar-may aylarında neft məhsulları istehaslının həcmi:

Adı

Yanvar-may 2009-cu il, min ton

Yanvar-may 2008-ci ilə nisbətən %-lə

Avtomobil benzini

477,3

98,2

Kerosin

270,3

85,3

Yanacaq mazutu

177,3

28,2

Dizel yanacağı

937,5

96,6

Neft bitumu

86,3

128,4

Sürtkü yağları

10

45,7

Nafta

105,1

85,6

Xəbər lenti

Xəbər lenti