...

Azərbaycan neftinin qiyməti: 15-19 iyun həftəsinin yekunları

Energetika Materials 22 İyun 2009 14:04 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 15-19 iyun həftəsinin yekunları

Azərbaycan, Bakı, 22 iyun /  Trend , müxbir A.Bədəlova /

15-19 iyun həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin orta qiyməti $70,77/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,62/barr çoxdur.

15-19 iyun həftəsində AZERI LT neftinin maksimal qiyməti $71,72/barr, minimal qiyməti isə $69,63/barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

15-19 iyun həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $68,21/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,4/barr azdır.

15-19 iyun həftəsində URALS neftinin maksimal qiyməti $69,12/barr, minimal qiymət isə $67,07/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

15-19 iyun həftəsində Brent Dated neftinin orta qiyməti $69,69/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,05/barr çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $70,75/barr, minimal qiymət isə $68,03/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]  

Xəbər lenti

Xəbər lenti