...

Türkiyədə qaz istehlakı azalıb

Energetika Materials 25 İyun 2009 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir E.İsmayılov /

"2009-cu ilin yanvar-mayında "Botaş" dövlət boru kəməri şirkəti Türkiyəyə müxtəlif mənbələrdən təxminən 14 milyard kubmetr qaz idxal edib. Yanvar-aprel aylarında bu rəqəm 11,53 milyard kubmetr olub", - "Botaş"-ın rəsmi saytında yerləşdirilmiş məlumatında deyilir. Ümumilikdə 2008-ci ildə "Botaş" şirkəti 38 milyard kubmetr qaz idxal edib.

Yanvar-mayda idxal edilmiş qazın 11,2 milyard kubmetri məişət qazının payına düşüb. Mayın qazın payı 2,8 milyard kubmetr təşkil edib.

2008-ci ildə Türkiyəyə idxal edilmiş qazın 32,2 milyard kubmetri məişət, 5,6 milyardı isə maye qazın payına düşüb.

Mayda Türkiyədə iki milyard kubmetrdən çox qaz istehlak edilib. Bir ay əvvəl bu rəqəm təxminən 2,4 milyard kubmetr olub. May ayında istehlak olunmuş qazın 1,2 milyardı elektrostansiyalara, 290 milyon kubmetri əhaliyə, 534 milyon kubmetri sənaye müəssisələrinə göndərilib. Yanvar-mayda Türkiyədə 14,4 milyard kubmetrdən çox qaz istifadə olunub.

Ümumilikdə, 2008-ci ildə Türkiyədə 36 milyard kubmetr qaz istifadə olunub. 2007-ci ildə bu rəqəm 35 milyard kubmetr olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti