...

Birinci yarımildə ARDNŞ 95 min metrlik qazma işləri həyata keçirib

Energetika Materials 20 İyul 2009 16:52 (UTC +04:00)
2009-cu ilin birinci yarımili ərzində ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birgə müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla, öz yataqlarında 94 028 metrlik qazma işləri həyata keçirib.

Azərbaycan, Bakı, 20 iyul / Trend /

2009-cu ilin birinci yarımili ərzində ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) birgə müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla, öz yataqlarında 94 028 metrlik qazma işləri həyata keçirib. Bu göstərici ötən ilin analoji dövründə 122785 metr təşkil edib. Bu barədə şirkətin məlumatında deyilir.

Ümumi qazma işlərinin 93 684 metri istismar edilmiş qazmanın (2008-ci ildə 119800 metr), 344 metri isə kəşfiyyat qazmasının (2008-ci ildə 2985 metr) payına düşür.

İyun ayında ARDNŞ-nin yataqlarında 13 919 metr qazma işləri həyata keçirilib ki, onun da 13 805 metri istismar qazmasının, 114 metri isə kəşfiyyat qazmasının payına düşüb.

Xəbər lenti

Xəbər lenti