Azərbaycan, Bakı, 10 avqust / Trend /
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Bu barədə bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Valdis Zatlersin səfəri çərçivəsində keçirilən birgə brifinqdə qeyd edib.
"Biz boru kəmərləri çəkmişik, onların vasitəsilə enerji resurslarımız müxtəlif istiqamətlərdə ixrac olunur. Gələcəkdə nəql edilən enerji resurslarının həcmi artırılacaq", - İlham Əliyev deyib. Bu istiqamətlərdə ölkələr arasında balans təmin edilməlidir, eləcə də tranzit ölkələrlə istehlakçı ölkələrin maraqları arasında balans olmalıdır.
Energetika sahəsi Azərbaycanla Latviya arasındakı əlaqələrin əsas hissəsini təşkil edir və tərəflər bu sahə üzrə yüksək səviyyədə müzakirələr aparırlar.
"Nabukko" qaz kəməri layihəsinə gəlincə, Valdis Zatlers deyib ki, belə layihələr Avropanın enerji bazarının təmin edilməsi üçün yaxşı təməl yaradır.
Son dörd-beş il ərzində iki ölkə arasında iqtisadi əlaqələr yaxşı inkişaf edib, mal dövriyyəsi iki-üç dəfə artıb. "Dünya maliyyə böhranına baxmayaraq, bundan sonra işlər daha yaxşı gedəcək və yaxşı tərəfdaş olmağımıza heç nə mane olmayacaq", - Valdis Zatlers deyib.
Prezident İlham Əliyev bildirib ki, sabah Bakıda baş tutacaq biznes-forum hər iki ölkənin biznes-dairələrinə qarşılıqlı anlaşma üçün imkanlar yaradacaq, birgə layihələrin həyata keçirilməsinə təkan verəcək.Azərbaycan, Bakı, 10 avqust / Trend /
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Bu barədə bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Valdis Zatlersin səfəri çərçivəsində keçirilən birgə brifinqdə qeyd edib.
"Biz boru kəmərləri çəkmişik, onların vasitəsilə enerji resurslarımız müxtəlif istiqamətlərdə ixrac olunur. Gələcəkdə nəql edilən enerji resurslarının həcmi artırılacaq", - İlham Əliyev deyib. Bu istiqamətlərdə ölkələr arasında balans təmin edilməlidir, eləcə də tranzit ölkələrlə istehlakçı ölkələrin maraqları arasında balans olmalıdır.
Energetika sahəsi Azərbaycanla Latviya arasındakı əlaqələrin əsas hissəsini təşkil edir və tərəflər bu sahə üzrə yüksək səviyyədə müzakirələr aparırlar.
"Nabukko" qaz kəməri layihəsinə gəlincə, Valdis Zatlers deyib ki, belə layihələr Avropanın enerji bazarının təmin edilməsi üçün yaxşı təməl yaradır.
Son dörd-beş il ərzində iki ölkə arasında iqtisadi əlaqələr yaxşı inkişaf edib, mal dövriyyəsi iki-üç dəfə artıb. "Dünya maliyyə böhranına baxmayaraq, bundan sonra işlər daha yaxşı gedəcək və yaxşı tərəfdaş olmağımıza heç nə mane olmayacaq", - Valdis Zatlers deyib.
Prezident İlham Əliyev bildirib ki, sabah Bakıda baş tutacaq biznes-forum hər iki ölkənin biznes-dairələrinə qarşılıqlı anlaşma üçün imkanlar yaradacaq, birgə layihələrin həyata keçirilməsinə təkan verəcək.