...

Bakı İES elektrik enerjisi istehsalını artırıb

Energetika Materials 17 Avqust 2009 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust / Trend /

Yanvar-iyul aylarında "Azərenerji" SC-nin (ölkədə elektrik enerjisinin iri istehsalçısı) tərkibinə daxil olan Bakı İstilik Elektrik Stansiyası 247 milyon kilovat/saatdan çox elektrik enerjisi istehsal edib. Bu da proqnozlaşdırılandan 25 milyon kilovat/saat çoxdur. Bu barədə bazar ertəsi SC-dən yayılan məlumatda deyilir.

Bu müddət ərzində stansiya proqnozlaşdırılan 228,7 giqakaloriyə qarşı 251 min giqakalori istilik enerjisi istehsal edib.

İyulda elektrik stansiyasında proqnozlaşdırılan 22 milyona qarşı 24,7 milyon kilovat elektrik enerjisi istehsal olunub. İES iyulda proqnozlaşdırılan 17 min giqakaloriyə qarşı 17,5 min giqakalori istilik enerjisi istehsal edib.

Xəbər lenti

Xəbər lenti