...

Suriya qaz kəsirini Türkiyənin hesabına təmin etmək niyyətindədir

Energetika Materials 25 Avqust 2009 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir S.Bədəlova /

Suriya Türkiyə ilə bu ölkədən qaz tədarükü üçün boru kəmərinin inşası üzrə ilkin müqavilə imzalayıb. Bu barədə Energy Intelligence Group yazıb.

İmzalanmış müqavilə Suriya üçün qaz tədarükü mənbəsini dəqiqləşdirmir. Bu gün Türkiyə Rusiya, İran və Azərbaycanda qaz idxal edir.

"International Oil" qəzetinin Türkiyə mənbəsinin dediyi kimi, Türkiyənin hazırda müqavilə ilə nəzərdə tutulmuş maksimal həcmdən az miqdar qaz aldığı üçün Rusiyadan alınan qaz həcmini artıra bilər, bununla yanaşı, Azərbaycan qazından istifadə imkanlarını genişləndirməklə.

Suriya ilə yeni birləşdirici boru kəməri Türkiyə ilə Azərbaycan arasında boru kəmərinin bitdiyi Ərzurumda qurula bilər.

Yekun müqavilə bağlanılmaq şərtilə, boru kəməri iki il ərzində yaradıla bilər.

Keçən ay Suriya Prezidenti Bəşşar əl-Səidin Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə ərazisi vasitəsilə təxminən bir milyon kubmetr qazın idxalı barədə razılaşma əldə olunub.

Bu gün Suriya ərəb qaz kəməri ilə Misirdən sutkada 1,27 milyon kubmetr qaz idxal edir. 2013-cü ilə bu həcmin 6 milyon kubmetrə çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti