Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir E.İsmayılov /
Yanvar-iyul aylarında Türkiyənin "Botaş" dövlət boru kəməri şirkəti müxtəlif mənbələrdən yanvar-iyun aylarında idxal etdiyi 16,4 milyard kubmetr qaza qarşı 19,2 milyard kubmetr qaz idxal edib. Bu barədə "Botaş"ın rəsmi saytına yerləşdirilmiş məlumatda belə deyilir. 2008-ci il ərzində "Botaş" şirkəti ümumilikdə 38 milyard kubmetr qaz idxal edib.
Türkiyəyə yanvar-iyul aylarında idxal edilmiş qazın ümumi həcminin 16 milyard kubmetri təbii qazdır. 3,3 milyard kubmetrdən çoxu maye qazın payına düşür.
2008-ci ildə Türkiyəyə idxal edilmiş qazın ümumi həcminin 32,2 milyard kubmetri təbii qazdır, 5,6 milyard kubmetrə yaxın isə maye qazın payına düşüb.
Türkiyədə iyun ayında istifadə edilən 2,1 milyard kubmetrə qarşı iyul ayında 2,3 milyard kubmetr qaz idxal edilib. İyulda istifadə edilən qazın ümumi həcminin 1,6 milyard kubmetri elektrik stansiyalarına, 155 milyon kubmetri istifadəçilərə, 523 milyon kubmetri sənaye müəssisələrinə göndərilib. Yanvar-iyul aylarında Türkiyədə 19 milyard kubmetrə yaxın qaz istifadə edilib.
2007-ci ildə Türkiyədə istifadə edilən 35 milyard kubmetr qaza qarşı 2008-ci ildə 36 milyard kubmetr qaz istifadə edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]