...

ARDNŞ Xəzərdə perspektiv strukturun seysmoakustik araşdırmasına başlayıb

Energetika Materials 28 Sentyabr 2009 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr / Trend , müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər dənizinin Azərbaycan sektorunda "Babək" perspektiv qaz-kondensat strukturunda seysmoakustik işlərə başlayıb. Bu barədə bazar ertəsi ARDNŞ-dəki mənbədən məlumat verilib.

"Bu strukturun araşdırılması üzrə işlər artıq başlayıb. Vaxt barədə danışmaq çətindir, hər şey strukturda araşdırma işləri tamamilə başa çatdıqdan sonra yekunlaşacaq", - mənbədən deyilib.

Onun sözlərinə görə, strukturda dəniz dibi relyefinin öyrənilməsi üzrə işlər, sonar və seysmoakustik işlər aparılır. Görülən işlər çərçivəsində 200 metrədək dərinliyin qrunt səthi öyrəniləcək.

Bir müddət əvvəl ARDNŞ-nin məlumatında deyildiyi kimi, 380 kilometrlik ərazidə araşdırmalar çərçivəsində suyun dərinliyi öyrəniləcək, 430 kilometrdən 700 metrədək dərinlikdə yuxarı kəsik təbəqələrinin seysmoakustik araşdırmaları aparılacaq, 150 kilometrdə dəniz dibi relyefinin skanerləşdirilməsi aparılacaq.

Araşdırma strukturda gələcək platformanın yerləşdirilməsi üzrə dəniz dibinin xüsusiyyətinin, eləcə də kəşfiyyat quyularının qazılması üçün təhlükəsiz nöqtələrin müəyyənləşdirilməsi üçün aparılır.

Mənbədən deyildiyinə görə, hazırda ARDNŞ bu strukturda seysmik kəşfiyyatın aparılması üçün imkana malik deyil, "burada dərinlik böyükdür, seysmik kəşfiyyatın aparılması üçün müvafiq gəmilər lazımdır. Belə gəmilər hazırda yoxdur".

ARDNŞ geoloqlarının qiymətləndirmələrinə görə, "Babək" qaz-kondensat yatağının ehtimal edilən ehtiyatı 300 milyard kubmetr qaz və 45 milyon ton qaz-kondensatdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti