Azərbaycan, Bakı, 05 oktyabr / Trend , müxbir E.İsmayılov/
28 sentyabr - 2 oktyabr həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $67,8 /barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,5 /barr azdır.
28 sentyabr - 2 oktyabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $69,35 /barr, minimal qiyməti isə $66,12 /barr təşkil edib.
Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.
28 sentyabr - 2 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $64,8 təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,7 /barr azdır.
28 sentyabr - 2 oktyabr həftəsində URALS neftinin maksimal qiyməti $66,42 /barr, minimal qiymət isə $63,12 /barr təşkil edib.
URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.
28 sentyabr - 2 oktyabr həftəsində Brent Dated neftinin orta qiyməti $65,8 /barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,1 /barr azdır.
Ötən həftə Brent neftinin maksimal qiyməti $67,18 /barr, minimal qiymət isə $64,32 /barr təşkil edib.
Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]