...

Ukrayna NEZ yüngül Xəzər neftinin üçüncü partiyasını alır

Energetika Materials 7 Oktyabr 2009 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir E.İsmayılov/

Kremençuq neft emalı zavodunda emal edilməsi üçün Odessada yüngül Xəzər neftinin 80 min ton həcmində patiyasının boşaldılması oktyabrın 12-13-nə planlaşdırılır, çərşənbə günü "Uktransnafta" şirkətinin mətbuat xidmətinin başçısı Sergey Zinkeviç bildirib.

"Tankerin gəlişi barədə dəqiq məlumat yoxdur, lakin neftin boşaldılması oktyabrın 12-13-də olmalıdır. Tanker 80 min ton həcmdə olacaq" - mətbuat xidmətindən bildirilib.

Əvvəlcə Ukrayna müəssisəsi Azərbaycanın yüngül neftinin iki partiysını alıb. "Ukrtransnaft"ın mətbuat xidmətindən bildirildiyi kimi, ilk iki tanker Odesseya oktyabrın əvvəlində gəlib. Artıq Ukraynanın magistral neft kəmərləri sisteminə neftin ötürülməsi proseduru başlayıb.

NEZ zavoda neft tədarüklərinin uzunmüddətli əsasda olması məqsədilə Ukraynanın Enerji Nazirliyinə müraciət edib, lakin bununla bağlı hansı qərarın qəbul edildiyi barədə mənbə məlumat verməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti