...

Azərbaycan qaz hasilatını 45 milyard kubmetrə qədər artırmaq niyyətindədir - ARDNŞ

Energetika Materials 8 Oktyabr 2009 11:45 (UTC +04:00)
Yaxın 10 il ərzində Azərbaycan qaz hasilatını ildə 40-45 milyard kubmetrə kimi artırmağı planlaşdırır. Bu barədə cümə axşamı ARDNŞ prezidentinin məsləhətçisi Murad Heydərov bildirib. Məlumatı KazTAQ agentliyi yayıb.
Azərbaycan qaz hasilatını 45 milyard kubmetrə qədər artırmaq niyyətindədir - ARDNŞ

Qazaxıstan, Almatı, 08 oktyabr / Trend /

Yaxın 10 il ərzində Azərbaycan qaz hasilatını ildə 40-45 milyard kubmetrə kimi artırmağı planlaşdırır. Bu barədə cümə axşamı ARDNŞ prezidentinin məsləhətçisi Murad Heydərov bildirib. Məlumatı KazTAQ agentliyi yayıb.

"Bütövlükdə biz hasilatı yaxın 10 il ərzində 40-45 milyard kubmetrə kimi çatdırmağı planlaşdırırıq", - ARDNŞ prezidentinin məsləhətçisi Alma-Atada keçirilən 17-ci Beynəlxalq "Neft və qaz" konfransında bildirib.

"Biz uzun illərdir ki, "Qazprom"-dan qaz alırdıq, növbəti ilin yanvar ayının 1-dən biz "Qazprom"-a qaz satacağıq. Bu ildə qaz hasilatı təxminən 27 milyard kubmetr qaz təşkil edəcək", - Heydərov bildirib.

Onun sözlərinə görə, 2009-cu ildə Azərbaycanda neft hasilatı da 50 milyon ton həcmində planlaşdırılır.

"Bu ildə biz 50 milyon tondan bir qədər az neft hasil etməyi planlaşdırırıq", - Heydərov deyib.

Xəbər lenti

Xəbər lenti