...

Bakıda TRACECA-nın "Qara dəniz və Xəzər dəniz magistralları" seminarı keçiriləcək

Energetika Materials 8 Oktyabr 2009 12:01 (UTC +04:00)
Bu ilin noyabr ayının ortalarında Bakıda TRACECA nəqliyyat dəhlizi çərçivəsində "Qara dəniz və Xəzər dəniz magistralları" seminarı keçiriləcək. Bu barədə cümə axşamı TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev bildirib.
Bakıda TRACECA-nın "Qara dəniz və Xəzər dəniz magistralları" seminarı keçiriləcək

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir E.İsmayılov/

Bu ilin noyabr ayının ortalarında Bakıda TRACECA nəqliyyat dəhlizi çərçivəsində "Qara dəniz və Xəzər dəniz magistralları" seminarı keçiriləcək. Bu barədə cümə axşamı TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev bildirib.

Onun sözlərinə görə, hazırda Bakı-Tbilisi-Qars dəmiryol magistralının tikintisi davam edir və buna görə də Qara dəniz və Xəzər dənizi magistralları bu gün bütün TRACECA nəqliyyat dəhlizinin fəaliyyətində mühüm əhəmiyyət kəsb edir.

Hazırda nəqliyyat dəhlizi çərçivəsində üç layihə - "Qara dəniz və Xəzər dəniz magistralları", "MDB-nin qərb hissəsi və Qafqaz ölkələri üçün logistik mərkəzlər" və "TRACECA ölkələrində aviasiya sahəsində ictimai və texniki təhlükəsizlik" layihələri həyata keçirilir.

"Qara dəniz və Xəzər dəniz magistralları" layihəsi çərçivəsində Avropa-Qara dəniz regionu-Qafqaz-Mərkəzi Asiya dəhlizində Qara dəniz və Xəzər dənizində multimodal nəqliyyatın və şəbəkələrin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi vasitəsilə ticarət və nəqliyyatın inkişafına yardımın göstərilməsi nəzərdə tutulur. Layihənin məsləhətçisi Egis BCEOM (Fransa) şirkətidir. Onun müddəti iki il təşkil edir.

Layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Ukraynanı əhatə edir.

Layihənin konkret vəzifəsi Qara dəniz və Xəzər dəniz qonşu ölkələrini Avropa İttifaqının ərazisi ilə birləşdirən "Dəniz magistralı" konsepsiyasına uyğun olaraq səmərəli intermodal yük nəqliyyatına yardım və dəstəyin göstərilməsidir.

Məqalə müəllifi illə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti