...

ARDNŞ Gürcüstan rayonunda qazpaylayıcı şəbəkəni istismara verib

Energetika Materials 10 Oktyabr 2009 14:21 (UTC +04:00)
ARDNŞ-ın törəmə müəssiəsi SOCAR Georgia Gas Gürcüstan rayonu Duşetidə qazpaylayıcı şəbəkəni istismara verib. Bu haqda şirkətin məlumatında deyilir.
ARDNŞ Gürcüstan rayonunda qazpaylayıcı şəbəkəni istismara verib

Azərbaycan, Bakı, 10 oktyabr / Trend /

ARDNŞ-ın törəmə müəssiəsi SOCAR Georgia Gas Gürcüstan rayonu Duşetidə qazpaylayıcı şəbəkəni istismara verib. Bu haqda şirkətin məlumatında deyilir.

İstismara verilmə mərasimində Gürcüstan prezidenti Mixail Saakaşvili də iştirak edib.

Bir qədər əvvəl Gürcüstan kəndləri Yol-Muqanlı (Saqareco rayonu), Çumleki (Qurcaani rayonu), və Niniqoridə (Laqodexi rayonu) qaz kəmərlərinin inşası başa çatıb.

ARDNŞ-ın məlumatına görə, SOCAR Georgia Gas 3 il ərzində Gürcüstanın 30 şəhərini və rayonlarını qazla təmin etməyi planlaşdırır.

Dekabrın 26-da SOCAR şirkəti və Gürcüstan höküməti 30 qazpaylayıcı təsərrüfat və qazpaylayıcı şəbəkənin istifadəyə ötürülməsi haqda müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın Kaxeti, Mtsxeta-Mtianeti, Şida və Kvemo-Kartli, Acarıstan, Quriya, İmereti, Sameqrelo kimi regionlarını əhatə edir. Bu şəbəkələr 24 şirkət tərəfindən istismar edilib

Apreldə SOCAR Energy Georgia şirkəti həmçinin Gürcüstanın azərbaycanlıların yığcam şəkildə yaşadığı Marneuli rayonunun qazpaylayıcı şəbəkəsini də istifadəyə alıb. Bu daha 31 qaz təsərrüfatı deməkdir.

ARDNŞ-ın istifadəsində olan 31 qaz təsərrüfatının infrastrukturunun qazlaşdırılması və bərpası üzrə üç illik layihənin birinci ilinə lazım olan investisiyanın həcmi 48 milyon laridir (təxminən 28,6 milyon dollar). Bu vəsaitlər hesabına 57 min yeni potensial istehlakçı üçün 800 kilometrə yaxın ümumi uzunluğa malik qazpaylayıcı şəbəkə tikiləcək.

Bir müddət əvvəl Məmmədov deyib ki, hazırda qazpaylayıcı şəbəkələrin istehlakı ildə 80-90 milyon kubmetrə yaxən təşkil edir. Üçillik proqram çərçivəsində bu şəbəkə istehlakçılarının sayını 60 mindən 150 minədək artırmaq planlaşdırılır. İstehlakçıların sayı artırıldıqdan sonra bu şəbəkələrin illik istehlakı ən az iki dəfə artacaq.

Xəbər lenti

Xəbər lenti