...

Azərbaycan qazının Rusiyaya ixracına başlanması üçün boru kəməri hazırlanıb - ARDNŞ prezidenti

Energetika Materials 19 Oktyabr 2009 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir E.İsmayılov/

2010-cu ildən Azərbaycan qazının Rusiyaya ixracına başlanması üçün boru kəməri infrastrukturu hazırlanıb. ARDNŞ prezidenti Rövnəq Abdullayev bazar ertəsi deyib ki, Qazıməhəmməd-Mozdok boru kəməri hərəkət istiqamətini dəyişib və onun illik yeddi milyard kubmetrə yaxın qaz nəqletmə imkanı var, əvvəllər bu göstərici beş milyard kubmetr olub.

"Hazırda bizim mütəxəssislərimiz bu qaz kəməri üzərində işləyirlər. O, artıq hərəkət istiqamətini dəyişib və biz ildə yeddi milyard kubmetr qaz nəql edə bilərik", - ARDNŞ başçısı deyib.

Oktyabrın 14-də Bakıda ARDNŞ və Rusiyanın "Qazprom" şirkəti arasında Azərbaycan qazının Rusiyaya tədarükünə dair ortamüddətli müqavilə imzalanıb. Razılaşma şərtlərinə müvafiq olaraq, 2010-cu ilin əvvəlindən ildə 500 milyon kubmetrdən az olmayaraq Azərbaycan qazı tədarük ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti