...

Deutsche bank ARDNŞ-ə girovsuz kredit ayırıb

Energetika Materials 12 Noyabr 2009 11:29 (UTC +04:00)
Almaniya bankı Deutsche bank ARDNŞ-ə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) girov olmadan 80 milyon dollar həcmində kredit ayırıb, bu barədə Bakıda bankın nümayəndə heyəti ilə görüşən ARDNŞ rəhbəri Rövnəq Abdullayev bildirib. Şirkətin məlumatında deyilir.
Deutsche bank ARDNŞ-ə girovsuz kredit ayırıb

Azərbaycan, Bakı, 12 noyabr / Trend /

Almaniya bankı Deutsche bank ARDNŞ-ə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) girov olmadan 80 milyon dollar həcmində kredit ayırıb, bu barədə Bakıda bankın nümayəndə heyəti ilə görüşən ARDNŞ rəhbəri Rövnəq Abdullayev bildirib. Şirkətin məlumatında deyilir.

Abdullayevin qeyd etdiyi kimi, bank tərəfindən ayrılan kredit ARDNŞ-in investisiya proqramının maliyyələşdirilməsinə yönəlib.

ARDNŞ rəhbərinin sözlərinə əsasən, Deutsche bank tərəfindən ayrılan kredit beynəlxalq maliyyə institutlarının hətta qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanda həyata keçirilən layihələrə marağının olmasına parlaq nümunədir.

"Deutsche bank ARDNŞ tərəfindən həyata keçirilən layihələrə böyük maraq göstərir. Bank ilə ARDNŞ arasında əməkdaşlıq imkanları genişdir və bank gələcəkdə də bu əməkdaşlığı davam etdirmək niyyətindədir", - Abdullayev ilə görüşdə bankın nümayəndəsi Ben Dobson bildirib.

Xəbər lenti

Xəbər lenti