Azərbaycan, Bakı, 14 noyabr / Trend , müxbir A.Bədəlova/
Azərbaycan "Şahdəniz" layihəsi üzrə "Mərhələ-2" çərçivəsində qaz ixracı ilə bağlı iki prioritet məsələnin həllini nəzərdən keçirir: yanacağın ən effektiv qiymətlə satılması və Avropaya qaz ixracı. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanla qonşu olan ölkələr bu həcmdə qazı almağa hazırdırlar.
"Bizim qazı məmnuniyyətlə almaq istyən qonşularımız var, lakin bizim məqsədimiz qazı bir istiqamətə yönəltmək deyil", - nazir deyib.
"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) -25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, SOCAR - 10 faiz. Bu yataqda ümumi qaz ehtiyatı 1,2 trln. kubmetr həcmində qiymətləndirilir.