...

Bu gündən etibarən İranın İmam Xomeyni adına NEZ-də benzin istehsalına başlanılır - neft naziri

Energetika Materials 17 Noyabr 2009 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr / Trend /

Bu gündən etibarən İranın İmam Xomeyni adına Neft Emalı Zavodunda (NEZ) benzin istehsalı üzrə layihənin həyata keçirilməsinə başlanılıb. Bu barədə İranın neft naziri Seyid Məsud Mirkazımi bildirib. Məlumatı MEHR agentliyi yayıb.

"Bu layihənin həyata keçirilməsinə başlamaqla ölkədə benzin istehsalı üzrə potensial sutkada 14 milyon litrə kimi artacaq", - Mirkazımi deyib.

Onun sözlərinə görə, hazırda ölkənin doqquz NEZ-i tərəfindən sutkada 45 milyon litr benzin istehsal olunur.

"İmam Xomeyni adına NEZ-də benzin istehsalına başlamaqla İranda təxminən 60 milyon litr benzin istehsal olunacaq", - neft naziri deyib.

Mirkazımi həmçinin qeyd edib ki, ölkənin digər NEZ-lərində də benzinin daimi istehsalına başlanılacaq.

Xəbər lenti

Xəbər lenti