...

Azərbaycanda neft bitumunun istehsalı 13 faizdən çox artıb

Energetika Materials 8 Dekabr 2009 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 dekabr / Trend /

Azərbaycanda yanvar-noyabr aylarında 2008-ci ilin analoji dövründə istehsal olunmuş 198,2 min tondan çox göstərici ilə müqayisədə 224,5 min ton neft bitumu istehsal edilib. Bu barədə ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumat verilib.

Noyabrda ARDNŞ 15,2 min ton neft bitumu istehsal edib.

2008-ci ildə Azərbaycanda 220,37 min ton neft bitumu istehsal edilib, 2007-ci ildə isə bu göstərici 182,86 min ton təşkil edib.

2006-cı ildə ARDNŞ-nin bitum istehsalı həcmi 161,94 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti