...

Bakıda Inogate proqramı çərçivəsində görüş keçirilib

Energetika Materials 9 Dekabr 2009 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 dekabr / Trend /

Azərbaycanın Sənaye və Energetika Nazirliyində Inogate proqramı çərçivəsində görüş keçirilib. Bu barədə çərşənbə günü nazirliyin yaydığı məlumatda deyilir.

Gorüş Inogate-in texniki katibliyinin dəstəyi ilə təşkil olunub. Görüşdə müxtəlif nazirliklərin, komitələrin və təşkilatların nümayəndələri iştirak ediblər. Görüşün keçirilməsində məqsəd energetika və Inogate proqramı ilə qarşılıqlı əlaqədə olan sahələrdə işləyən mütəxəssislərlə tanışlıqdır.

Görüşdə sənaye və energetika nazirinin müavinləri Gülməmməd Cavadov və Natiq Abbasov iştirak ediblər.

Tədbirdə Avropa komissiyasının nümayəndələri Simon Rayv və Nikol İqloy, proqramın texniki katibliyinin nümayəndələri Devid Konvey, Nikolas Çakalidis, Alan Rayt, Anna Litvinenko, həmçinin Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia iştirak ediblər.

Inogate proqramı energetika sahəsində Avropa İttifaqı, Qara dəniz və Xəzəryanı ölkələrlə əməkdaşlığa istiqamətlənib.

Xəbər lenti

Xəbər lenti