...

ARDNŞ Ukraynada təxminən 30 YDM alıb – səfir

Energetika Materials 24 Dekabr 2009 14:03 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ukraynada təxminən 30 yanacaq doldurma məntəqəsi (YDM) alıb. Bu barədə cümə axşamı Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk Bakıda mətbuat konfransında deyib.
ARDNŞ Ukraynada təxminən 30 YDM alıb – səfir

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir A.Bədəlova/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ukraynada təxminən 30 yanacaq doldurma məntəqəsi (YDM) alıb. Bu barədə cümə axşamı Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk Bakıda mətbuat konfransında deyib.

ARDNŞ bu məlumatı nə təsdiq, nə də təkzib edib.

Neft-qaz bazarındakı mənbənin dediyi kimi, həmin yanacaq doldurma məntəqələrinin yanacaqla təmin edilməsi neft emal edən müəssisələrin yanacağı daha sərfəli qiymətə əldə etmələri sxemi üzrə həyata keçiriləcək. Başqa sözlə desək, YDM üçün yanacaq Ukrayna NEZ-lərində istehsal ediləcək.

Azərbaycan əvvəl Kremençuq neft emalı zavoduna neft tədarükünə başlayıb. Tədarük Azərbaycan neftinin boru kəmərləri vasitəsilə çatdırıldığı Qara və Aralıq dənizlərinin limanlarından tenderlər əsasında həyata keçirilir.

Klimçukun dediyi kimi, Ukraynada Kremençuq neft emalı zavodunda hasil edilən Azərbaycan neftinin həcmi oktyabrda 200 min ton təşkil edib. "Noyabr üçün rəsmi statistiki yoxdur, lakin həmin dövr ərzindəki həcm 200 min tondan artıq deyil. Dekabrda da elə həmin həcmdir", - səfir deyib.

Xəbər lenti

Xəbər lenti