...

Bakıda 26 YDM-də neft məhsullarının keyfiyyətinin standartlara uyğun olmadığı aşkarlanıb

Energetika Materials 18 Yanvar 2010 20:50 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən keçirilən monitorinqlər zamanı Bakının 26 yanacaqdoldurma məntəqəsində satılan yanacağın keyfiyyət göstəricilərinin standartların tələblərinə cavab verməməsi və miqdarının normaya uyğun olmaması faktları aşkar olunub. Bu barədə Dövlət Komitəsinin bazar ertəsi yayılan, 2009-cu ilin yekunlarına həsr olunmuş hesabatında deyilir.

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir E.İsmayılov/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən keçirilən monitorinqlər zamanı Bakının 26 yanacaqdoldurma məntəqəsində satılan yanacağın keyfiyyət göstəricilərinin standartların tələblərinə cavab verməməsi və miqdarının normaya uyğun olmaması faktları aşkar olunub. Bu barədə Dövlət Komitəsinin bazar ertəsi yayılan, 2009-cu ilin yekunlarına həsr olunmuş hesabatında deyilir.

Monitorinqlər Bakı şəhəri ərazisində yerləşən 45 yanacaqdoldurma məntəqələrində və 2 Neft bazasında keçirilib.

Bununla əlaqədar olaraq qanunvericiliyə müvafiq qaydada protokollar tərtib edilib və inzibati qaydada təqsirkar şəxslər cərimə olunublar. Hazırda ölkənin digər rayonlarında da monitorinqlər keçirilir.

Xəbər lenti

Xəbər lenti