...

XBK yanvarda rekord həddə CPC Blend markalı neft yükləyib

Energetika Materials 2 Fevral 2010 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir E.İsmayılov/

Xəzər Boru kəməri Konsorsiumu səhmdarları 2008-ci ildə 3,01 milyon tona nisbətdə 2010-cu ilin yanvarında "Cənubi Ozereyka-2" terminalından 3,14 milyon ton CPC Blend markalı neft yükləyib. XBK mətbuat xidməti məlumat verib.

XBK səhmdarları tərəfindən terminaldan 2008-ci ildəki təxminən 31,5 milyon tona nisbətdə 2009-cu ildə təxminən 34,6 milyon ton neft yüklənib.

XBK səhmdarları 2007-ci ildə 32,6 milyon tondan çox neft yükləyib.

Terminalda həcmlərin nəqli və yükləməni həyata keçirən XBK yükdaşıyıcıları bunlardır:

"Tengizşevroyl" - birinci bağlanmış müqavilələrdən biri - sistemin yüklənmə gücünün əsasını təşkil edən təchizat həcmini təmin edir;

"Arman" CPC - Oryx Caspian Pipeline LLC səhmdarı ilə əlaqəli yükgöndərən. Hazırda "Shell"-in mülkiyyətindədir;

"Embamunayqaz" və "Kazaxoyl-Aktobe". KTK - Kazakstan Pipeline Ientures LLC səhmdarları ilə əlaqəli yükgöndərən;

"CNPC-Aktobemunayqaz" - terminalda Qazaxıstan hökumətinin icazəsi ilə həcmin nəqli və yüklənməsini təmin edir;

"Litasko" - CPC-LUKARKO B.V.-nin əlaqəli yükgöndərən səhmdarı;

"Karaçaqanak Petroleum Opereytinq B.V." - "Tengizşevroyl"dan sonra nəql olunan neftin ikinci yükgöndərəni, KTK səhmdarları ilə əlaqəli;

"NaftaTrans" QSC və onunla əlaqəli şirkətlər Rusiya Federasiyasının icazəsi ilə Rusiyanın neft istehsalçılarının neftini KTK-yə çatdırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti