...

Yanvarda Bakıda qaz istehlakı artıb

Energetika Materials 5 Fevral 2010 17:45 (UTC +04:00)
Bu ilin yanvar ayında paytaxtın qaz sisteminə 364,4 milyon kubmetr qaz verilib ki, bu da 2009-cu ilin dekabr ayındakı göstəricidən 47 milyon kubmetr çoxdur. Bu barədə cümə günü ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir E.İsmayılov/

Bu ilin yanvar ayında paytaxtın qaz sisteminə 364,4 milyon kubmetr qaz verilib ki, bu da 2009-cu ilin dekabr ayındakı göstəricidən 47 milyon kubmetr çoxdur. Bu barədə cümə günü ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

"Yanvarda Bakıda qaz istehlakı artıb, belə ki, dekabr ayı ilə müqayisədə paytaxtın qaz sisteminə əlavə olaraq 47 milyon kubmetr qaz verilib", - İB-dəki mənbə deyib.

2009-cu ildə paytaxtın qaz sisteminə 2,45 milyard kubmetrə yaxın məişət qazı verilib ki, bu da 2008-ci ildəki göstərici ilə praktiki olaraq eynidir.

Xəbər lenti

Xəbər lenti